Maraqlı

“Qadın uşağa verdiyi südün pulunu kişidən istəyə bilər” – Tural Yusifov

21 Oktyabr 2021 19:32
4 Şərh     Baxış: 1 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qadını evdə işlədib, bu onun "borcudur" təfəkküründə olan insanlarla çox uzağa getməyəcəyik".

Milli.Az qadinklubuna istinadla xəbər verir ki, bunu tanınmış aparıcı Tural Yusifov millət vəkili Musa Quliyevin "Kişilər ev işlərinə görə həyat yoldaşlarına pul ödəməlidir" təklifinə münasibət bildirərkən deyib.

Aparıcı qeyd edib ki, həyatı bölüşmək lazımdır:

"Qadının işi yalnız ev olmamalıdır. Qadın oxumalıdır, işləməlidir. Kişi yalnız ehtiyyat hissəsidir. Məsələ qadının üzərində qurulub. Bu arada, özünə müsəlman deyən toplum İslamda olan bir neçə məsələni unudub deyəsən. Qadın uşağa verdiyi südün pulunu kişidən istəyə bilər. Kişi qazancını qadınla mütləq bölməlidir. Qadın isə kişi ilə bölməyə bilər. Əgər İslamdan danışırıqsa, İslam da bunu deyir. Yalnız millət vəkili deyil".

Yusifov bildirib ki, deputat ömründə bir dəfə ağzını düz söz desə də, seksist söhbətlər aləmi basıb:

"Qadın seksual obyekt, hislərimizin təmin olunması, ev işləri görüb uşaqlara baxan varlıq deyil. Qadına qul kimi baxan, çevrilib onu dünyaya gətirən anaya baxsın. Sən sadəcə sperma gəzdirən bankasan. O, isə həyat verir. Həyata yalnız lağ-lağı prizmasından baxmaq lazım deyil. Yumor hissiniz zəif, zarafat obyektiniz isə səhvdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.