Maraqlı

Gülnarə Xəlilovanın "Qarabağ" Milli Geyim Kolleksiyası "Rebuild Karabakh" beynəlxalq sərgisində təqdim olundu - FOTO

21 Oktyabr 2021 16:42
Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Tərəqqi" dövlət medalı sahibi Gülnarə Xəlilovanın "Qarabağ" Milli Geyim Kolleksiyası  Bakı Ekspo Mərkəzində keçirilən "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" adlı birinci beynəlxalq sərgidə təqdim olunur..

"Karabakh National Dresses by Gulnara Khalilova" pavilyonunu mədəniyyət naziri Anar Kərimov ziyarət etdi və dizaynerlə söhbətində xalqımızın mənəvi mədəniyyətini, tarixini və adət -ənənələrini əks etdirən milli geyimlərin daha da geniş təbliğinin vacibliyini qeyd etdi.

Gülnarə Xəlilova əvvəllər ABŞ, Böyük Britaniya, Rusiya və Çində beynəlxalq layihələrdə uğurla təqdim olunan "Qarabağ" kolleksiyasından danışdı və milli geyim mədəniyyətinin qorunması və inkişafı ilə bağlı gələcək planlarını bölüşdü.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.