Maraqlı

Peyvənd olunmayanlara maaş verilməyəcək

21 Oktyabr 2021 09:30
1 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-Yorkda COVID-19 əleyhinə peyvənd olunmayanların məvacibləri verilməyəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu şəhər meri Bill de Blasio mətbuat konfransı zamanı bəyan edib.

Onun sözlərinə görə, qərar noyabrın 1-dən etibarən qüvvəyə minəcək və 300 minə yaxın bələdiyyə işçisini əhatə edəcək.

Bununla yanaşı, peyvənd olunan əməkdaşların aylıq məvaciblərinə 500 dollar əlavə olunacaq.

Qeyd edək ki, indiyədək vaksinasiyadan imtina edən şəhər bələdiyyəsi işçiləri həftədə bir dəfə COVID testi verməklə kifayətlənirdilər.

Milli/Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.