Maraqlı

İspaniyada fahişəlik qadağan ediləcək

19 Oktyabr 2021 23:00
0 Şərh     Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Baş naziri Pedro Sançes ölkədə fahişəliyi qadağan edəcəyini və bunu cinayət sayacağını bəyan edib.

Valensiya şəhərində üç gün davam edən Sosialist Partiyasının qurultayında tərəfdarları qarşısında çıxış edən P. Sançes fahişəliyin qadınları əsarət altına aldığını söyləyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, İspaniyada fahişəliklə məşğul olmaq 1995-ci ildən etibarən cinayət hesab edilmir.

Səbəb kimi bu sahədə çalışan insanların və onların xidmət göstərdikləri şəxslərin tibbi təhlükəsizliyini yaxşılaşdırmaq əsas götürülüb.

Rəsmi məlumata əsasən, hazırda İspaniyada təxminən 300 min qadın leqal olaraq fahişəliklə məşğul olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.