Maraqlı

Bağırsaq poliplərinin təhlükəsi

21 Oktyabr 2021 23:45
0 Şərh     Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Poliplər xoşxassəli şişdir. Onlar bağırsaqların daxili divarından inkişaf edir. Poliplər çox yayılmış patologiyadır. Belə hesab olunur ki, 60 yaşından yuxarı olan insanların yarısında bağırsaq polipləri aşkar etmək olur.

Əksər hallarda poliplər düz və siqmoid bağırsağında inkişaf edir. Lakin poliplər bağırsağın digər hissələrində də inkişaf edə bilər.

Bağırsaq poliplərin əsas səbəbi bağırsağın selikli qişasının xroniki iltihablarıdır. Xroniki  qəbizlik, düzgün olmayan qidalanma poliplərin inkişafına təkan verir. Belə hesab olunur ki, irsiyyət də poliplərin inkişafında böyük rol oyayır.

Polipələrin növləri müxtəlif olur. Onlardan bəziləri çox təhlükəli sayılır. Vaxt keçdikcə bu poliplər bir çox hallarda xəsçəng xəstəliyinə keçir. Daha böyük ölçüdə olan poliplərin (2 sm və bundan yuxarı) xərçəngə keçməsi riski daha çoxdur. Düz bağırsaq xərçıngi digər xəsrçəng növləri arasında bütün dünyada birinci yerlərdən birini tutur. Bu səbəbdən bağırsaq poliplərin vaxtında aşkar olunması və xaric olunması düz bağırsaq xərçənginin yayılmasını azalda bilər.

Bir çox hallarda bağırsaq polipi özünü heç bir əlamətlə büruzə vermiər. Lakin bəzən poliplər zamanı bu kimi simptomlar müşahidə olunur:

- nəcisdə çoxlu miqdarda seliyin olması,

- düz bağırsaq qanaxmaları,

- qarında tutmaşəkilli ağrılar,

- qəbizlik və ya ishal.

Böyük ölçüdə olan poliplər bağırsağın mənfəzini tam bağlaya bilər ki, bunun nəticəsində bağırsaq keçilməzliyi inkişaf edə bilər.

Özündə yuxarıda qeyd olunan simptomları müşahidə edən insan mütləq həkimə müraciət etməlidir. Həkim müxtəlif müayinə üsullarının (qarmaqla müayinə, retroromanoskopiya, kolonoskopiya, rentgen müayinələri) köməyi ilə bağırsaqların selikli qişasını müayinə edir.

Aşkar olunmuş polip növündən və ölçüsündən asılı olaraq xaric oluna bilər və ya həkim ona nəzarət edəcək.

Poliplərin vaxtında aşkar olunması məqsədi ilə Amerika onkoloqlar assosiasiyası 50  yaşından yuxarı olan insanlara hər 5 ildən bir kolonoskopiya müayinəsindən keçməyini  tövsiyə edir. (Kolonoskop bağırsaqların selikli qişasını müayinə edən xüsusi optik cihaz.) 40 yaşından yuxarı olan insanlara isə nəcisdə gizli qanın aşkar olunması üçün hər il analiz verməyi tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.