Maraqlı

Mərci - həm dadlı, həm faydalı

21 Oktyabr 2021 22:15
0 Şərh     Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərci qədim vaxtlardan insanların qidalanmasına daxil idi. Mərcini Babildə, Qədim Misirdə becərirdilər. Qazıntılar zamanı qədim şəhərlərdə arxeoloqlar qablarda mərci tapırdılar.

Mərci çox dəyərli qida məhsuludur. Mərcinin tərkibində asan mənimsənilən zülallar, karbohidratlar, qidalı liflər, əvəzolunmaz aminturşular, Omeqa-3 və Omeqa-6 yağ turşuları, beta-karotin, E, B qrupu vitaminləri (o cümlədən, fol turşusu), dəmir, sink, mis, maqnezium, fosfor və s. kimi vacib minerallar var.

Mərci zülallarla olduqca zəngindir. Lakin ətdə olan zülallarla müqayisədə bu zülallar daha asan və tez mənimsənilir.

Belə hesab olunur ki, becərmə zamanı mərcidə nitrat və radionukleidlər kimi ziyanlı maddələr yağılmır. Bu səbəbdən mərci ekoloji təmiz məhsul sayılır.

Təbii liflərlə zəngin olan mərci bağırsaqlar üçün çox faydalıdır. Mərci bağırsaqları əsaslı şəkildə təmizləyir, orada yığılan ziyanlı maddələrin xaric olunmasını sürətləndirir, qəbizlikdən azad olmağa kömək edir. Qədim zamanlarda mərci həliminin köməyi ilə qəbizlik müalicə edirdilər.

Mərcinin daim qəbulu düz bağırsaqda xərçəngin inkişafının qarşısını alır.

Mərci qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən həkimlər mərcini şəkərli diabet xəstələrinə tövsiyə edirlər.

Kalium elementi ilə zəngin olan mərci ürək-damar sistemi üçün çox faydalıdır, orqanizmin qanyaratma funksiyasına müsbət təsir edir.

Mərci B vitamini ilə zəngindir və bu səbəbdən sinir sisteminə çox müsbət təsir edir. Həmçinin mərci nadir triptofan amin turşusu ilə zəngindir. İnsan orqanizminə düşdükdə triptofan serotonin maddəsinə çevrilir. Serotonin sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir. Bundan əlavə serotonin depressiya və stresslə mübarizədə kömək edir, sinir sisteminin davamlılığını artırır.

Mərci insanda tez bir zamanda toxluq hissi yaradır, həmçinin mərci insanı uzun müddət ərzində tox saxlayır. Mərcinin bu xüsusiyyətləri arıqlamaq istəyən insanlar üçün çox önəmlidir.

Bütün bu faydalı xüsusiyyətlərlə yanaşı mərcinin "yanaşı təsiri" də var. Bəzi insanlarda mərci köpə və qarın ağrılarına səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.