Maraqlı

Koronavirus sonuncu pandemiya olmayacaq, hazır olmalıyıq

20 Oktyabr 2021 06:02
0 Şərh     Baxış: 1 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda dominant mutasiya Delta variantıdır. Laboratoriya sınaqlarında gördüyümüz kimi, hazırladığımız peyvənd onu da neytrallaşdırır. Delta variantına qarşı tam qorunma əldə edilə bilər. Antikor zamanla azalsa da, peyvəndin üçüncü dozasının antikor səviyyəsini yüksəldəcəyini xatırlatmaq vacibdir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu sözləri "BioNTech"in qurucusu, türkiyəli professor Uğur Şahin və Özlem Türeci deyib. Yunanıstanın "İmparatoriçe Theophano" mükafatına layiq görülən alimlər jurnalistlərin suallarını cavablandırıb.

Özlem Türeci yekunda koronovirus pandemiyasının bitmə tarixi haqqında önəmli mesajlar verib:

"Virusla bir müddət yaşayacağıq. Bu, bizim yeni normal halımız olacaq, buna öyrəşəcəyik və virusun qorxulu hissəsi yox olacaq. Bir müddət sonra qripə bənzəyəcək, peyvəndlənəcək və daha uzun müddət qorunma təmin ediləcək.

Ancaq bu, dünyanın üzləşdiyi son ölümcül pandemiya olmayacaq. Buna görə də hazır olmalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.