Maraqlı

Kəbə və Peyğəmbər məscidi tammiqyaslı ziyarət üçün açılır

16 Oktyabr 2021 09:06
0 Şərh     Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məkkədəki Kəbə və Mədinədəki Peyğəmbər məscidi artıq tam tutumuna uyğun olan sayda ziyarətçiləri qəbul edə biləcək. Müqəddəs ziyarətgahlara yalnız vaksinasiyasını tamamlayan şəxslər buraxılacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında oktyabrın 17-dən etibarən COVID tədbirləri yumşaldılır.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, küçədə maska taxmaq məcburiyyəti, habelə iaşə obyektlərinin müştəri, dini ibadətgahların ziyarətçi məhdudiyyətləri aradan qaldırılır.

Qeyd edək ki, qapalı məkanlar üçün maska rejimi hələ bir müddət də saxlanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.