Maraqlı

"Facebook"a mobil video və audio zəng gəlir

24 Avqust 2021 08:13
0 Şərh     Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" sosial şəbəkəsi istifadəçilərə əsas tətbiq vasitəsi ilə video və səsli zənglər etmə imkanı verəcək funksiyanın sinaqlarına başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Bloomberg agentliyi xəbər verib.

Qeyd olunub ki, əvvəllər istifadəçilər sosial şəbəkədə yalnız ayrı "Messenger" tətbiqindən istifadə edərək mobil telefondan mesaj göndərə bilərdilər. Şirkət nümayəndəsi qeyd edib ki, yeni xüsusiyyət, əsas tətbiq ilə "Messenger" arasında keçid ehtiyacını azaldacaq.

Bildirilib ki, bəzi istifadəçilər bazar ertəsindən etibarən bu xüsusiyyətdən istifadə edə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.