Maraqlı

Ronaldu hamını kövrəltdi: "Məni yedirdib, özü ac yatıb"

5 Avqust 2021 18:12
2 Şərh     Baxış: 1 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyalı ulduz Kriştianu Ronaldunun anası ilə bağlı dedikləri futbol camiəsini kövrəldib. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, müsahibə zamanı ona "Niyə hələ də ananla yaşayırsan?" sualı ünvanlanıb.

"Yuventus"un futbolçusu isə cavabında bildirib ki, anası onu böyütmək üçün bir çox şeyi qurban verib:

"Məni yedirdib, özü isə ac yatıb. Pulumuz yox idi. Mənim ilk butslarımı almaq üçün həftənin 7 günü gecə-gündüz xadimə işləyib. Bilirdi ki, mənim futbol oynamağım üçün onlar vacibdir. Bəzən iki işdə birdən işləyib ki, məşqlərə gedərkən yol pulum olsun. Bütün uğurlarımı ona həsr edirəm. Sağ ikən həmişə yanımda olacaq. O mənim sığınacağım və ən böyük hədiyyəmdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.