Maraqlı

On doqquz yaşlı pakistanlı dünyanın ikinci ən hündür dağına çıxan gənc alpinist olub - FOTO

28 İyul 2021 21:00
0 Şərh     Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanlı 19 yaşlı alpinist-tədqiqatçı Şaxroz Kasif dünyanın ikinci ən hündür K2 dağına çıxaraq rekord qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şaxroz Kasif bu dağa çıxan ən gənc alpinist kimi qeydə alınıb.

Alpinist-tədqiqatçı bu il may ayının 11-də dünyanın ən hündür dağı - Everestə qalxaraq bu zirvəyə çıxan altıncı gənc alpinist olub.

Şaxroz Kasif 11 yaşından alpinizmlə məşğuldur və indiyədək hündürlüyü 3 min metrdən 8 min metrədək olan çoxsaylı dağlara çıxıb.

Xatırladırıq ki, Pakistan-Çin sərhədində yerləşən K2 dağının hündürlüyü 8849 metrdir.

Alpinistlərin fikrinə görə, K2 dağına çıxmaq Everestə qalxmaqdan çətindir və K2-yə çıxan hər dörd nəfərdən biri ölür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.