Maraqlı

Yaşamağın və ölümün həqiqəti

29 İyul 2021 21:50
0 Şərh     Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hədislərdə oxuyuruq ki, İmam Hüseyn (ə) buyurmuşdur: "Mənim məqamım ölümdən qorxan kəsin məqamı kimi deyildir. Ölüm, necə də izzətə çatmaq və haqqı dirçəltməkdən rahat və yüngüldür. İzzət yolunda ölmək - cavidan həyatdan başqası deyildir. Zillətlə yaşamaq - həyat ölümlərindən başqası deyildir.

Məni ölümlə qorxudursunuz? Oxun səhv yola getmişdir. Gümanların məhv olmuşdur. Mən o kəs deyiləm ki, ölümdən qorxum. Hədəfim bundan daha böyükdür. Mənim hümmətim - ölüm qorxusundan zülm altına girməkdən daha alidir.

Məni öldürməyə gücünüz çatarmı? Allah yolunda olan ölümə eşq olsun! Ancaq siz mənim əzəmətimi məhv etmək və izzət və şərafətimi aradan aparmağa qadir deyilsiniz. Ona görə də belə bir halda ölməkdən qorxum yoxdur".

İmamın (ə) buyurduğu kimi, izzətli ölmək zillətli yaşamaqdan daha üstündür.

İmam (ə) düşmənə xəbərdarlıq edir ki, onu ölməklə qorxutmasınlar. Çünki ölüm - mömin üçün zindandan azad olmaqdır. Ömrünü zalımlara baş əyərək keçirtmək və sağ qalmaq isə ən pis zillətdir.

Zəlil insan nə bu dünyada xoşbəxt olar, nə də axirətdəki həyatında.

Ölümdən o kəslər qorxar ki, dünyanın fani olmasına inanmazlar. Elə bilərlər ki, dünya cavidandır və ölüm onların sorağına gəlməyəcəkdir.

Əgər gələrsə, onların nəzərinə görə ölüm - məhv olmaqdır. Halbuki, İmam (ə) bu nurani hədislə ölümdən qorxanlara elan edir ki, dünya fanidir. Ona görə də bu qısa həyatda izzətli yaşamağı bacar. Əgər bacarmasan mücahidə edib, şəhid ol.

Budur İmam Hüseyn (ə) qiyamının əsil hədəfi...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.