Maraqlı

Bu 10 vasitə ilə ən çətin dualar da yerinə yetər

29 İyul 2021 23:20
0 Şərh     Baxış: 3 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dua - o ibadətlərdəndir ki, insanı Allaha yaxınlaşdırar və hacətlərinin yerinə yetməsinə səbəb olar. Məsumlarımız (ə) bizə duaların yerinə yetməsinə yardım edən bəzi əməlləri tövsiyə etmişdilər ki, onlarla tanış olaq:

1. İmam Əli (ə) buyurur: "Hər kim Quranın hansı hissəsindən olursa-olsun 100 ayə oxuyar və sonra yeddi dəfə "Ya Allah" deyərsə, əgər qayaya dua edərsə, hər an inşəAllah onu qoparda bilər". (Yəni, duası yerinə yetər).

2. İmam Sadiq (ə) buyurur: "Hər kim 3 dəfə deyərsə:

"یا مَنْ یفْعَلُ مَا یشَاءُ وَ لَا یفْعَلُ مَا یشَاءُ أَحَدٌ غَیرُهُ"

Duası yerinə yetər və o, elə duadır ki, rədd olmaz".

3. İmam Səccad (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, Həzrət (s) buyurmuşdur: "Nə zaman Allah Təala bu dua ilə çağırılar, duası yerinə yetər:

" اللَّهُمَّ إِنِّی أَسْأَلُک بِأَنَّ لَک الْحَمْدَ لَا إِلَهَ إِلَّا
أَنْتَ الْمَنَّانُ بَدِیعُ السَّماواتِ وَ الْأَرْضِ ذُو الْجَلالِ وَ
الْإِکرامِ أَنْ تَفْعَلَ

Bu duadan sonra hacətini bildirməlidir.

4. İmam Cavad (ə) buyurur: "Hər kim namazda "Qədr" surəsini oxuyar, namazı qəbul olmuş halda yuxarı qalxar. Hər kim ilk olaraq "Qədr" surəsini oxuyar və ondan sonra dua edərsə, duası yerinə yetmiş halda Lövhi-məhuza tərəf yuxarı qalxar".

5. İmam Sadiq (ə) buyurur: "İstəyirsinizmi sizə Allahın ən böyük adını tanıdım?".

Deyirlər: "Bəli, istəyirik".

Həzrət (ə) buyurur: "Həmd" ("Fatihə"), "Tövhid" ("İxlas"), "Ayətul-kursi" və "Qədr" surəsini oxu, sonra üzü qibləyə tərəf dayan və hər nəyi istəyirsənsə dua et".

6. İmam Sadiq (ə) buyurur: "Nə zaman bəndə 7 dəfə "Ya Rəbb" deyərsə, başının üstündən fəryad səsi gələr: "Ləbbeyk! Məndən istə ki, əta edim"".

7. İmam Sadiq (ə) buyurur: "Hər kim 10 dəfə deyərsə: "Ya Rəbbi, ya Rəbb!", Allah ona buyurar: Hacətini istə!"".

8. Nəql olunur ki, hər kim cümə günü günəş çıxmazdan əvvəl "Kafirun" surəsini 10 dəfə oxuyar və dua edərsə, duası yerinə yetər.

9. İmam Əli (ə) oğluna buyurur: "Nə zaman din və ya dünyada sənə böyük bir məsələ nazil olarsa, dəstəmaz al və iki əlini yuxarı qaldır və 7 dəfə de: "Ya Allah!" sonra hacətini istə, həqiqətən sənin üçün yerinə yetəcəkdir".

10. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Ya Əli! Nə zaman bir iş üçün bayıra çıxsan, "Ayətul-kursi"ni oxu ki, hacətin inşəAllah yerinə yetəcəkdir". (Həvzəh)

Uca Allah bütün mömin və möminənin dualarını qəbul eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.