Maraqlı

Ata və ana üçün dua etmək də namazın təqibatlarındandır

29 İyul 2021 21:20
0 Şərh     Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Səccad (ə) İslam ümmətinin ən ağır zamanında imamət məsuliiyətini daşımışdır. O, dövrünün şəraitinə uyğun olaraq təbliğat yolunu dua və münacatlarında görürdü. Bu dua və münacatlar içərisində namazla bağlı xüsusi nöqtələr var. İmam (ə) bu dualarda Allahdan istəyir ki, namazları qəbul olsun və sonra namazın bərəkətlərinə işarə edir.

Namaz elə bir vacibatdır ki, bəndə gün ərzində beş dəfə Allahla rabitə qurar və Onunla münacat edər. Bu bağlar elə-belə bağlar deyildir, əslində bəndə ilə Allah arasında olan ən möhkəm bağları təmin edən əməldir.

İmam Səccadın (ə) təbliğatları və insanları doğru yollara hidayət vasitələri "Səhifeyi-Səccadiyyə" adlı kitab vasitəsilə bizlərə çatmışdır. Bu kitabda namazın nə qədər əhəmiyyətli bir vacibat olduğunu bəyan edilmişdir.

1. Namazın əhəmiyyəti. İmam (ə) buyurur: "Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və bizləri (namazı qılanların) məqamında qərar ver".

İmamın (ə) qıldığı namazlar hər bir insan üçün ibrət ola bilər. İmamın (ə) namaza verdiyi əhəmiyyəti dövrünün insanları öz gözləri ilə müşahidə etmişdilər.

2. Namazı qorumaq. İmam (ə) buyurur: "Bütün namazları yerinə yetirən zaman və zöhr namazında səy göstərin". İmam (ə) tövsiyə edirdi ki, namazı vaxtında qılmaqla onu qoruyun.

3. Namazın vacib əməl olması. İmam (ə) buyurur: "Hər bir kitabdan üstün olan Kitabda keçmiş zamanların xəbərləri, namaz və orucun vacib olması... (bəyan edilmişdir)". İmam (ə) bu sözlərdən sonra namazın niyyətindən, təharətdən, rüku və səcdələrin hikmətindən bəhs etmişdir.

4. Namazın təqibatları. Bütün Məsum İmamlar (ə) kimi, İmam Səccad (ə) da namazın təqibatlarını yerinə yetirir və ona əməl edilməsini tövsiyə edirdi.

İmam Səccad (ə) bəzən cümə namazının təqibatlarından bəhs edirdi, bəzən bütün namazlardan sonrakı təqibatlar barəsində. O, buyururdu ki, ata və ananız üçün dua etmək - namazın təqibatlarındandır. Həmçinin tövbə etmək, təvəkkül, təvəssül və hacətlərin istənilməsi də təqibat hesab olunar. (Həvzəh)

Allah Təala bizləri namazın dəyərini bilənlərdən qərar versin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.