Maraqlı

Ərəfat çölündə Həzrət Adəm (ə), Həzrət İbrahim (ə), Həzrət Rəsuli-Əkrəm (s) nə buyurmuşlar?

29 İyul 2021 21:10
0 Şərh     Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərəfə o yerin adıdır ki, hacılar Ərəfə günü oraya gələrlər, dua və ibadətlə məşğul olarlar. Zöhr və əsr namazından sonra isə Məkkəyə qayıdarlar. Bunun səbəbini belə izah edirlər ki, Cəbrayil (ə) o zaman ki, həcc mərasimini İbrahimə (ə) öyrədir, Ərəfata çatan zaman ona buyurur: "Ərəfət". O, cavab verir ki, bəli. Ona görə də bu yeri belə adlandırırlar. Həmçinin nəql edirlər ki, bu yerin insanları öz günahlarını etiraf etdiklərinə görə, bu səhra bu cür adlandırılmışdır. "Ərəfə" sözünün mənalarından biri "səbir etmək" və "dözmək"dir. (Tebyan)

 

Həzrət Adəm (ə).

 

İmam Sadiqin (ə) nəql etdiyinə görə Həzrət Adəm (ə) dünyaya enəndən və Allah dərgahını tərk edəndən sonra 40 gün hər səhər Səfa dağının başında ağlar şəkildə səcdəyə gedərdi. Cəbrayil (ə) nazil olur və deyir: "Niyə ağlayırsan, ey Adəm?". Adəm deyir: "Axı necə ağlamayım ki, Allah məni öz dərgahından çıxartmışdır və dünyaya endirmişdir". Cəbrayil (ə) deyir: "Ey Adəm! Allah dərgahında tövbə et və Ona tərəf qayıt". Adəm soruşur: "Necə tövbə edim?". Cəbrayil (ə) Zilhiccə ayının 8-də Həzrət Adəmi Minaya aparır və Adəm gecəni orada qalır.

Səhər Cəbrayil (ə) ilə bir yerdə Ərəfata gedir. Cəbrayil (ə) Məkkədən çıxan zaman ehram bağlamağı ona öyrədir. Ona "Ləbbeyk!" deməyi öyrədir və Ərəfə gününün zöhründən sonrası gəlib çatan zaman təlbihi qət edir. Cəbrayilin (ə) göstərişi ilə qüsl alır və əsr namazından sonra Adəmi (ə) Ərəfatda qalmağa təşviq edir. Allahdan qəbul etdiyi kəlmələri ona təlim verir. Bu kəlmələr ibarətdir:

 

لا الهَ الاّ اَنْتْ "Səndən başqa Allah yoxdur".

 

عَمِلْتُ سوء وَ ظَلَمْتُ نَفْسی "Pis iş gördüm və özümə zülm etdim".

 

وَ اِعْتَرِفْتُ بِذَنبی اِغْفرلی "Günahımı etiraf edirəm, məni bağışla".

 

اِنَّكَ اَنْتَ الغَفور الرّحیمْ "Məni bağışla ki, Sən bağışlayan və mehribansan".

 

Həzrət Adəmin (ə) əli günəş batan qədər göydə idi və sızlayaraq göz yaşı tökürdü. O zaman ki, günəş batır, Cəbrayil (ə) ilə bir yerdə Məşhərə yollanır. Gecəni orada keçirir və səhər çağı orada ayağa qalxır. Orada da xüsusi kəlmələrlə dua edir və Allah dərgahına tövbə edir.

 

Həzrət İbarhim (ə).

 

Ərəfat səhrasında Cəbrayil (ə) Həzrət İbahimə (ə) həcc mərasimini öyrədir və İbrahim (ə) ona buyurur: "Ərəftu, ərəftu" - yəni "öyrəndim".

 

İslam Peyğəmbəri (s).

 

Ərəfat dağının ətəyi Peyğəmbərin (s) zamanında dərs məkanı idi. Təfsirçilərin dediyinə görə, son surə də məhz Ərəfat səhrasında nazil olmuşdur. Həzrət Peyğəmbər (s) də bu surəni ən camiə surələrdən adlandırmışdır.

 

Əziz Peyğəmbər (s) hacılara buyurmuşdu: "Ey insanlar! Məni eşidin! Yəqin ki, sizi bu yerdə bir də görməyəcəyəm. Siz tezliklə Allaha tərəf qayıdacaqsınız. O aləmdə sizin yaxşı və pis əməllərinizə nəzər salınacaqdır. Mən sizə tövsiyə edirəm ki, hər kimin yanında əmanət varsa, gərək sahibinə qaytarsın. Ey insanlar! Bilin ki, sələm İslam dinində haramdır. Şeytanın ardınca getməkdən çəkinin. Sizə tövsiyə edirəm ki, xanımlarınıza yaxşılıq edəsiniz, çünki onlar - sizin əlinizdə olan İlahi əmanətlərdir. İlahi qanunlar əsasında sizə halal olublar.

 

Mən sizin aranızda iki şeyi yadigar qoyuram ki, əgər o ikisinə çəng vursanız, yolunuzu azmazsınız. Biri Allahın Kitabı və o birisi isə sünnət və Əhli-Beytimdir (ə). Hər bir müsəlman başqa müsəlman ilə qardaşdır. Dünyanın bütün müsəlmanları bir-biri ilə qardaşdırlar".

 

Bəli, İlahi peyğəmbərlər (ə) Ərəfat səhrasını yaxşı tanıyır və onun bərəkətindən istifadə etmişdilər. Allah bizlərə də o gözəl yerləri ziyarət etməyi nəsib etsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.