Maraqlı

Namazın haqqı nədir?

17 İyul 2021 21:50
1 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Namazın bəzi meyarları vardır ki, onlara riayət etməkdə qəlb hüzuru yardıma gələr. Hər bir namazqılan gərək bu hədləri tanısın və ona əməl etsin. İmam Əli (ə) buyurur: "O kəs ki, namazın haqqına arif halda namaz qılar, Allah onu bağışlayar".

Bəs namazın haqqı nədir?

Namazın haqqı deyildikdə onu bütün ədəb, şərait və kamalları ilə yerinə yetirmək nəzərdə tutulur. Əgər namaz kamil olarsa, bu namaz möminin meracı olar. Ruhunu göyə və ali dərəcələrə qaldırar.

İmam Səccad (ə) namazın haqqı barəsində buyurur: "Namazın haqqı budur ki, biləsən namaz yeganə Məbudun dərgahına gəlməkdir. Namazda sən Onunla üzbəüz dayanarsan. O zaman ki, bu həqiqəti dərk etdin, namazda layiqincəsinə dayan. O kəsin dayanmağı kimi ki, istəyir və qorxur, ümidvardır, məzlum və nalə edəndir, Allahı böyük hesab edər". (Həvzəh)

İmam Sadiq (ə) namazın həddi barəsində buyurmuşdur: "Namaz kamil olmaz, məgər o kəsdən ki, kamil dəstəmaza malik olar. Namazı kəm olmadan və kəsirsiz tamamlayar. Onda heç bir ikiüzlülük və yolunu azmaq olmaz.

Allahı tanıyın və Onu kamil tanıyan halda qarşısında dayanın. Müti və mətanətli olun. Ümidvarlıq və məyusluq, səbirlilik və nigaranlıq arasında qərar tutun. Yəni, elə halda olun ki, sanki Allahın vədələri onun barəsində həyata keçməkdədir və Ondan yardım və bəxşiş istəyir. Bu, namazdır ki, insanı pisliklərdən və çirkinliklərdən uzaq edər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.