Maraqlı

Pis əxlaqı necə islah etmək olar?

17 İyul 2021 23:45
2 Şərh     Baxış: 1 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pis əxlaq - insanı başqalarının yanında rüsvay edən əməllərdəndir. İnsanı İlahi rəhmətdən uzaqlaşdırar və şeytanın (lən) qulu edər. Pis əxlaq insan qəlbinə atəş salar və qapılarını atəşə açar. Qəlbi və nəfsi xəstə edər.

Bəs pis əxlaqın kökündə nə durur? Nə üçün insanlar pis əxlaqa sahib olurlar?

1. Həll edilməyən cismi problemlər. Pis əxlaq adətən cismi ilə bağlı problemləri olan və bu problemləri həll etmək istəməyən insanlarda özünü büruzə verir.

2. Mühitin təzyiqi. Pis əxlaqa malik olan insanların bəziləri adətən elə mühitə düşürlər ki, ora uyğunlaşa bilmirlər. Nəticədə bu mühitlərin təzyiqi altında insanlarla pis rəftar edirlər.

3. Yanlış tərbiyə. Adətən pis əxlaq o insanlarda özünü göstərir ki, ailədə ata və ana tərəfindən düzgün tərbiyələndirilməyiblər. Bu uşaqlar cəmiyyət içinə çıxan zaman öz pis əxlaqlarını nümayiş etdirirlər.

Bəs pis əxlaqı necə müalicə etmək olar?

1. Dünya fəsadlarını yada salmaqla. O kəsin ki, əxlaqı pisdir, əgər ətrafına diqqət etsə görər ki, insanlar ondan qaçırlar. Dostu və tanışları yoxdur. Elə insan yoxdur ki, onunla yaxşı rabitə qura bilsin. Nəticədə özünü islah etməyə çalışar.

2. Gözəl əxlaqı olan insanlarla rabitə qurmaq. Əgər kimsə özünə ətir vurarsa, həmin yerdən keçən zaman o ətrin iyi insana xoş gələr. Gözəl əxlaqa malik olan insanlar da ətir kimidir. Əgər onların yanında çox olsan, istər-istəməz gözəl əxlaqları sənə də sirayət edəcəkdir.

3. Nəfslə mübarizə aparmaq. O kəsin ki, şəkər xəstəliyi vardır, həmişə yediklərinə diqqət edər və çalışar ki, şirin qidalardan çəkinsin. Pis əxlaqı olan insan da çalışmalıdır ki, onu təhrik edən və pis əxlaqının yaranmasına səbəb olan şeylərdən çəkinsin.

4. Özünü yaxşı əməllər yerinə yetirməyə vadar etmək. İnsan nəinki nəfsini islah etməli, həm də çalışmalıdır ki, özünü yaxşı əməllər yerinə yetirməyə məcbur etsin. Bu yolla nəfsini saleh əməllər ilə tanış edər və ona adət etdirər. O kəs ki, saleh əməl yerinə yetirər - çalışar ki, başqalarının sevgisini qazansın. Başqalarının sevgisini qazanmaq üçün isə pis əxlaqdan uzaq olmaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.