Maraqlı

Dünyanın mənası nədir?

13 İyul 2021 21:45
0 Şərh     Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya dedikdə, bəziləri onu pul, sərvət, ev, peşə... kimi tanıdırlar.

Rəhmətlik İmamın (r) nəzərinə görə, dünyada yaşayan insanları iki dəstəyə bölmək olar.

Onlardan biri dəstəsi üçün dünya hədəf olar və dünyaya kəskin şəkildə bağlanarlar.

O biri dəstə isə o kəslərdir ki, dünyanı kamala çatmaq və sağ qalmaq üçün vasitə bilərlər.

İnsan yaşamaq üçün dünyadan faydalanmağa məcburdur. Əgər insan dünyadan vasitə niyyətilə faydalanarsa, kamala çatar və dünyaya bağlanmaz. Çünki əsil hədəfi - axirət və mənəviyyatdır.

Bir dindar başqa insanlar kimi ev istəyir, yemək istəyir, geyim istəyir... Heç kəs demir ki, əgər dindarsansa, deməli dünyadan tamamilə əl çəkməlisən. Dinimiz belə əqidəni tənqid edir və bəyənmir. Əslində Allah dünya və onda olan nemətləri insan üçün xəlq etmişdir ki, ondan istifadə edərək tərəqqi etsin və İlahi qürb məqamını əldə etsin.

Əgər insanın hədəfi dünya olarsa, bu zaman ziyana uğrayanlardan olar. Çünki dünya fanidir və insan bu dünyada az müddətdə qalar. Bu az zamanı fürsət bilməzsə, heyvan kimi yaşayarsa - onda gərək özünü məzəmmət etsin və bunun üçün heç kəsi günahlandırmasın.

Dünya sevgisi insanı günaha tərəf çəkər. Çünki uzun arzular onu hər bir pis əməl görməyə vadar edər. Belə insan, insanlığını əldən verər. İmam Sadiq (ə) buyurur: "Dünya sevgisi bütün günahların başıdır". Hər kim dünyaya bağlanarsa, günah işlətmək onun üçün asan olar.

Beləliklə deyə bilərik ki, dünya - elə məkandır ki, insan onu axirət üçün körpü qərar verməli və ona bağlanmamalıdır. Əks halda günaha düçar olar və tövbə qapısını unudar. Bu zaman dünya sayəsində ziyankarlardan olar. Ancaq Allahın insanı xəlq etməkdə hədəfi bu olmamışdır. (Həvzəh)

"Həqiqətən, Bizim görüşümüzə ümidi (axirət aləminə imanları) olmayan və dünya həyatına şad olaraq ona ürək bağlayan, həmçinin Bizim ayələrimizdən (müşahidə aləminin yaradılış və əzəmətli Kitabın tərtib edilmiş ayələrindən) qafil olan kəslər - onların qalacaqları yer qazandıqlarının (qəlbləri ilə qazandıqları nalayiq əqidələrin və əlləri ilə qazandıqları günahların) cəzası olaraq oddur". ("Yunus" 7-8).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.