Maraqlı

İxlasın insanın həyatına göstərdiyi təsirlər

13 İyun 2021 23:10
Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İxlas - əməli Allahdan qeyrisindən pak etmək və təmizləməkdir. Əgər əməl ixlaslı olarsa, Allah dərgahında dəyərə malik olar. İxlasın insan həyatına göstərdiyi təsirlər ilə tanış olaq:

1. Allaha yaxınlaşdırar. İmam Əli (ə) buyurur: "Bəndənin Sübhan Allaha yaxın olması - niyyətini xalis etməyə görədir".

2. İlahi yardımlar. İxlas səbəb olar ki, Allah Öz bəndəsinə qeybi yardımlar etsin. Həzrət Fatimə (s.ə) buyurur: "O kəs ki, xalis ibadətini Allaha tərəf yuxarı göndərərsə, Allah ən yaxşı məsləhətini ona tərəf endirəcəkdir".

3. Bəsirət və hikmət. İxlasın gətirdiyi faydalardan biri də insanın bəsirət və hikmət əldə etməsidir. Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir bəndə yoxdur ki, Allah üçün 40 gün ixlas etməsin, məgər o halda ki, hikmət bulaqları qəlbindən dilinə axar".

4. Qələbə və müvəffəqiyyət. İnsanın işində müvəffəq olması - ixlasın başqa təsirlərindən biridir. İmam Əli (ə) buyurur: "İşlərdə müvəffəq olmaq - niyyətləri xalis etməklədir".

5. Şövkət. Muxlis insan ixlasa riayət etdiyinə görə elə bir heybətə malik olar ki, hətta heyvanlar belə onun bu heybətindən və şövkətindən qorxarlar. İmam Sadiq (ə) buyurur: "Nə zaman mömin Allahın muxlisi olar - Allah hər şeyi ondan qorxudar, hətta yerdəki canlıları və vəhşi heyvanları, göydəki quşları da". (İslami saytlara istinadən)

Uca Allah bizləri ixlas əhlindən qərar versin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.