Maraqlı

Porsche xüsusi 911 sportkarını hazırlayıb - FOTO

24 İyul 2021 21:01
0 Şərh     Baxış: 2 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Porsche şirkəti Aimé Leon Dore (ALD) amerikan moda markası ilə birlikdə Nyu Yorkda keçirilən Moda Həftəsi üçün bərpa edilmiş xüsusi Porsche 911 SC (Super Carrera) kupesini hazırlayıb. Kupenin maraqlı cəhətləri arasında naxışlı xalçalar və sürücü oturacağının masaj örtüyü də daxil olmaqla, çoxsaylı retro detallar mövcuddur.

SC indeksli Porsche 911 sportkarı 1978-1983-cü illər arasında istehsal edilib, lakin bərpa edilmiş nüsxənin  nə zaman yığıldığı məlum deyil. ALD markasının yaradıcı direktoru Teddi Santisin dediyinə görə, layihə çox şəxsi alınıb: o, yunan adalarında keçirdiyi uşaqlıq vaxtlarından və zaman keçdikcə daha da yaxşılaşan əhatəsindəki əşyalərdən ilham alıb.

Santis detallara xüsusi diqqət yetirib. Avtomobilin damında baqaj qutusu quraşdırılıb, kapotda əlavə fənərlər peyda olub, onun kuzovunu isə klassik tünd sarı Porsche Olive rənginə boyanıb. Bundan başqa, kupe qara Fuchs təkər disklərini əldə edib və Porsche nümayəndələrinin bildiridiyinə görə, "ideal olmayan yollarda" belə hərəkət edə bilər.

İnteryerdəki leytmotiv ayaqaltıların və qapı kartlarının tərtibatında istifadə edilən naxışlı xalça olub. Dəri Recaro oturacaqlar da daxil olmaqla bütün salon dəqiqliklə yenilənib, sürücü oturacağı isə nostaljik bir detala - taxta diyircəklərdən hazırlanmış masaj örtüyünə sahib olub.

Bərpa edilmiş Porsche 911 SC modeli keçən həftə sonu ALD firmasının Manhettendəki bayraqdar mağazasında nümayiş olunub. Bu,moda evinin Porsche şirkəti ilə ilk birgə layisədi deyil: keçən ilki Moda Həftəsi üçün ALD dizaynerləri Porsche 911 Carrera 4 (Type 964) sportkarını hazırlamışdılar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.