Maraqlı

Rolls-Royce markasının ilk elektromobilinin adı açıqlanıb - FOTO

13 İyun 2021 21:30
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rolls-Royce şirkətinin başçısı Thorsten Müller-Otvos markanın ilk elektromobilinin adını təsdiqləyib - yeni elektrokar Silver Shadow ("Səssiz Kölgə") adlanacaqdır. Dəbdəbəli Britaniya markasının model xəttinin daxili yanma mühərrikləri olmayan avtomobillərlə genişləndirilməsi bu onilliyin sonuna qədər baş tutmalıdır. Bununla belə, Rolls-Royce yeni model haqqında heç bir məlumatı açıqlamayıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Thorsten Müller-Otvos elektromobilin həm texniki hissəsinin, həm də seriyaya buraxılma tarixinin sirr olduğunu söyləyib və Silver Shadow  modelinin "tamamilə yeni Rolls-Royce" olacağın; bildirib. Beləliklə, Britaniya markasının patronu mövcud modellərin elektrikləşdirilməsi barədə dolaşan şayiələri təkzib edib.

Rolls-Royce rəhbəri elektrik ötürməsinə keçidin mühəndislərin işini asanlaşdıracağına inanır, çünki elektrik mühərrikləri olduqca səssizdir və sanballı fırlanma anına malikdir. Rolls-Royce modelləri heç vaxt mühərriklərin gurultusu ilə seçilmədiyi üçün, yanacaq aqreqatlarından imtina edilməsi problemsiz ötüşməlidir.

İnsayderlər Rolls-Royce elektromobilinin BMW markasının gələcək elektrik fıaqmanı i7 modelinə yaxın bir arxitekturaya sahib olacağına inanırlar, yəni alıcılar ən azı 120 kilovat-saat tutumlu və təxminən 700 kilometrlik yürüş ehtiyatına malik olan batareyaya ümid edə bilərlər.

Rolls-Royce rəhbəri koronavirus pandemiyasının dəbdəbəbli avtomobillərə tələbin artmasına səbəb olduğunu vurğulayıb. Statistika Müller-Otvosun haqlı olduğunu təsdiqləyir: 2021-ci ilin ilk rübündə ingilis markası satış rekorduna imza atıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.