Maraqlı

Dünyanın ən güclü krossoverinin tirajı artırılıb - FOTO

13 İyun 2021 22:30
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dodge şirkəti dünyanın ən güclü krossoveri olan Durango SRT Hellcat modelinin istehsal tirajını iki min nüsxə ilə məhdudlaşdırsa da, sonradan onun tirajını 1.000 nüsxə artırmaq qərarına gəlib.

Muscle Cars & Trucks nəşrinə bildirdiyinə görə, bu ilin iyun ayında Dodge şirkəti dünyanın ən güclü krossoverinin daha 1.000 nüsxəsini buraxacaqdır. Beləliklə, Miçiqanda buraxılan Durango SRT Hellcat krossoverinin ümumi buraxılış tirajı 3.000 ədəd olacaqdır. Buna baxmayaraq, "bərkgedən" Dodge krossoveri eksklüzivliyini qoruyacaqdır - məsələn, Challenger SRT Demon kupesi 3.300 nüsxədə istehsal edilib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, amerikan markasının əməliyyat direktoru Bob Broderdorf Dodge Garage nəşrinə verdiyi müsahibədə, şansını qaçıranlar üçün superkrossoverin bir neçə əlavə nüsxəsini buraxmaq qərarının qəbul edildiyi bildirmişdi.

O, ekstremal Hellcat ailəsinin digər modellərindən bir neçə 6,2-litrlik V8 Hemi mühərrikini borc almaq fürsətinin olduğunu və bununla da çox populyar olan ofrouderin tirajında kiçik bir artımı təmin edəcəyini vurğulamışdı.

Dodge Durango SRT Hellcat modeli 720 at qüvvəsi və 875 Nm fırlanma anı hasil edən 6,2-litrlik V8 mühərriklə təchiz edilir. Krossover yerindən 60 mil/saat həddinə (97 km/saat) qədər sürətlənməyə cəmi 3,5 saniyə sərf edir.

Durango SRT Hellcat modelinin ABŞ-dakı satış qiyməti 80,995 dollar təşkil edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.