Maraqlı

Toyota Highlander Bronze Edition versiyasına sahib olub - FOTO

24 İyul 2021 19:01
0 Şərh     Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toyota şirkəti Highlander modelinin Bronze Edition adlı "bürünc" versiyasını təqdim edib. Yeni modifikasiya yalnız Şimali Amerika bazarında satılacaqdır. Üstəlik, söhbət heç də top modifikasiyadan getmir: təchizat baxımından Bronze Edition versiyası modifikasiya çeşidinin ortasında - XLE və Limited təchizat səviyyələrinin arasında yer tutacaqdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni versiyanın əsas xüsusiyyəti bürünc rəngli dekorudur. Eksteryerdəki dəyişiklik bürünc rəngli 18-düymlük təkər disklərindən ibarətdir. Salonda isə kandar lövhələri, ayaqaltılardakı yazılar, oturacaqlardakı işləmələr, ön panel və qapılardakı tikişlər "bürüncləşib". Bronze Edition krossoverləri üçün yalnız iki kuzov rəngi (hər ikisi boz çalar) və oturacaqların qarışıq üzlənməsi təklif olunur.

"Bürünc" avtomobillər yalnız 2,5-litrlik atmosfer mühərriki və elektromekanik variatordan ibarət olan 246 at qüvvəli hibrid güc qurğusu ilə təchiz edilirlər. Standart olaraq, hibrid ön ötürməlidirr, lakin əlavə ödəniş qarşılığında arxa oxda əlavə elektrik mühərrikini quraşdırmaq olar. Toyota Highlander Bronze Edition krossoverləri bu payız satışa çıxarılacaqlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.