Maraqlı

"Əsrin fırıldağı" - iki qadın onlarla evlənmək istəyən kişiləri necə aldatdılar? - Təfərrüat

29 May 2021 14:24
Baxış: 1 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki qadın birlikdə 19 ər "saxlayıb" 500 min manatdan çox pul qazandı

Çində iki qadın onlarla evləmək istəyən 19 kişini aldatdıqları üçün istintaqa cəlb olunublar.

Milli.Az big.az-a istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" yazır.

Belə ki, çinli qadınlar üç nəfərlə əlbir olaraq kişiləri rəsmi nikah olmadan onlarla ailə qurmağa "dilə tutublar".

Bu yolla qadınlar iki il ərində həmin kişilərdən dəyəri 2 milyon yuandan (500 min manatdan) çox olan hədiyyələr "qoparıblar".

Yalanın üstü 2021-ci ilin mart ayında açılıb. 35 yaşlı kişi internetdə canlı toy yayımında gəlinin onun "arvadı" olduğunu görüb və dərhal həmdərdi olan həmin bəylə əlaqə yaradıb. Hər iki kişi polisə müraciət edib.

İki ay qadınla "evli" olan kişinin sözlərinə görə, xanımı bu müddət ərində cəmi 10 gün evdə olub, qalan günlərini guya digər əyalətdə qalan valideynlərinin yanına getmək bəhanəsiylə evdə keçirtməyib.

Qadınlar saxlanıldıqdan sonra məlum olub ki, onlar 2019-cu ildən bəri Qansu və Daxili Monqolustan əyalətlərində azı 19 kişini aldadıblar.

Çində 20-40 yaş arası kişilərin sayı qadınların sayından 17,5 milyon çox olduğu üçün burada evlilik fırıldaqları geniş yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.