Maraqlı

Kim cins şalvar geyinməyi qadağan etdi

18 May 2021 17:04
Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya lideri Kim Çen İn qorxur ki, Şimali Koreyalı gənclər arasında özünüifadə və fərdilik ifadələri nəticədə ölkənin qurulmuş rejiminin devrilməsinə gətirib çıxara bilər.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, bu haqda məlumatı "Daily Mirror" nəşri yayıb.

Mənbə yazır ki, bununla bağlı dövlət başçısı bir sıra işlər görüb.

Xüsusilə, Kim Çen İn qısa və cırıq cinsləri qanunsuz elan edib. Artıq ekstravaqant "anti-sosialist" saç düzümləri həm də ictimai quruluşa təhdid əlaməti kimi qəbul ediləcək.

KXDR sakinlərinə seçim üçün icazə verilən saç kəsimlərinin məhdud siyahısı təqdim edilib. "Şimali Koreya lideri qorxur ki, Qərbin ölkə gəncliyinə təsiri rejimi çökdürə bilər", deyə nəşr vuğrulayıb.

İddia edilir ki, Kim Çen İn getdikcə rejimin devrilməsindən narahat olur.
Bununla əlaqədar o, daha əvvəl israfçı dəbə riayət edən insanların əmək düşərgələrinə göndərilməsinə dair fərman verib.

Bundan əvvəl dövlətə məxsus "Nodon Sinmun" gündəlik qəzeti və KXDR İşçi Partiyasının əsas mətbu orqanı əhalini Kim Çen İnin etdiklərini dəstəkləməyə çağırıb.

Nəşrlərin jurnalistləri xəbərdarlıq ediblər ki, kapitalist həyat tərzi ölkəni məhv edə bilər:

"Kapitalist həyat tərzinin ən kiçik əlamətlərindən belə ehtiyatlı olmalı və bunlardan qurtulmaq üçün əlimizdən gələni etməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.