Maraqlı

Koronavirus tələbəni "ağaca dırmaşdırdı" - FOTO

18 May 2021 17:12
Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Telinqana ştatının Nalqonda şəhərinin 18 yaşlı sakini Şiva koronavirusa yoluxduqdan sonra özünü təcrid etmək üçün 11 gün ağacın başında yaşayıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, bu barədə İndia.com yazır.

Belə ki, mayın 4-də virusa tutulduğunu öyrənən Şiva həyətlərində olan ağacın budaqlarında özünə yataq düzəldib və ailəsini yoluxdurmamaq üçün burada qalmaq qərarına gəlib.

Tələbə vaxtının çoxunu telefonla danışaraq keçirir, yemək və digər lazımi əşyaları ona özünün qurduğu xüsusi vasitə ilə yuxarı göndərirlər.

Şiva Hindistanın Heydərabad şəhərindəki universitetdə oxuyur və burada koronavirus xəstələrinin sayı kəskin artdığı üçün bir ay öncə evinə qayıdıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.