Maraqlı

Dünyada ən çox satılan avtomobillər hansılardır?

17 May 2021 20:35
Baxış: 1 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin birinci rübündə dünya avtomobil şirkətlərinin satışları artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu ilin ilk üç ayı ərazində Yaponiyanın "Toyota" şirkəti dünya avtomobil bazarının 11,3 faizini təşkil edib.

Qeyd olunur ki, şirkət 2021-ci ilin yanvar-mart aylarında 2,06 milyon avtomobil satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz çoxdur.

İkinci yerdə 1,2 milyon avtomobil satışı ilə (6,1 faiz artım) "Volkswagen" (Almaniya) qərarlaşıb. "Volkswagen"in hesabat dövründə dünya avtomobil bazarında payı 6,6 faiz təşkil edib.

Reytinqdə ilk üçlüyü ABŞ-ın "Ford" şirkəti tamamlayır. Şirkət bu ilin birinci rübündə 1,01 milyon avtomovbil satıb.

Növbəti sıralalarda "Hyundai" (0,95 milyon avtomobil) və "Nissan" (0,885 milyon) şirkətləri qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.