Maraqlı

Şüarların və adların zahirinə aldanmayaq

15 May 2021 21:30
Baxış: 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah-Taala Qurani-Kərimin "Tövbə" surəsinin 107-ci ayəsində buyurur:
 
وَالَّذِينَ اتَّخَذُواْ مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِّمَنْ حَارَبَ اللّهَ وَرَسُولَهُ مِن قَبْلُ وَلَيَحْلِفَنَّ إِنْ أَرَدْنَا إِلاَّ الْحُسْنَى وَاللّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ
 
"(Münafiqlərdən bir dəstəsi) o kəslərdir ki, İslama zərbə vurmaq, küfrü yaymaq və möminlər arasında təfriqə salmaq, Allah və Onun Rəsulunun qədim düşmənlərinə pusqu üçün məscid tikdilər. Onlar daim and içirlər ki, məqsədləri yalnız xeyirdir. (Amma) Allah şahiddir ki, onlar yalançıdırlar."
 
Ayədə "Zirar" məscidinin əhvalatına işarə olunur. Münafiqlər zəif və xəstə adamları, yağışlı günləri bəhanə edərək Qoba məscidi qarşısında başqa bir məscid tikdilər. Əslində bu məscid onlar üçün mərkəz idi. Təbuk döyüşünə yola düşməmişdən öncə Peyğəmbərdən (s) istədilər ki, həmin yerdə namaz qılıb açılış aparsın. Peyğəmbər (s) Təbukdan qayıtdıqdan sonra ayə nazil oldu və münafiqlərin iç üzü açıldı. Peyğəmbər (s) göstəriş verdi ki, məscid oda çəkilsin, viran qoyulsun...
 
Rəvayətlərə əsasən, "Zirar" məscidi Mədinədə Əbu-Amirin göstərişi ilə tikilmişdi. Hənzələnin (Qəsilül-Məlaikənin) atası olan bu şəxs məsihi abidlərindən idi. Bu şəxs Xəzrəc qəbiləsində nüfuz sahibi idi. Peyğəmbərin (s) hicrəti və İslamın nüfuzunun genişlənməsindən sonra Peyğəmbərlə (s) müxalifətə başladı. Əbu-Amir Ühüd döyüşündə öz münafiq rolu ilə seçilmişdi. Nəhayət, Məkkəyə qaçmış və oradan Ruma gedib Rum padşahından İslama qarşı kömək istəmişdi. Maraqlıdır ki, münafiqlərin başçılarından olan bu şəxsin oğlu Hənzələ İslam aşiqi olmuş və şəhadətə yetmişdir.
 
Əbu-Amir Həzrət Peyğəmbəri (s) Zirar məscidinə namaza dəvət etdiyi vaxt üç məsələ haqqında danışmışdı: cəmiyyət namazına eşq, zəiflərə eşq, rəhbər və onun namazına eşq. Amma bütün bu sözlər riyakarlıqdan başqa bir şey deyildi. Münafiqlər daim belə olmuşlar. Musaya qarşı Samiri fitnəsini törətdilər, peyğəmbər məscidi qarşısında əməvi məscidi tikdilər, Həzrət Əlinin (ə) qarşısında Quranı nizəyə taxdılar. Samirinin buzovu yandırıldığı kimi, münafiqlərin də məscidi yandırıldı. Bu, tarixi bir dərs idi.
Yezidin imam Hüseynə (ə) qalib gəlməsi münasibəti ilə Kufə və Şamda məscid tikildi. İmamlar bu məscidləri "məlunə" adlandırmışlar!
 
İslamda istənilən bir zərər qadağandır. O cümlədən: cana vurulan zərərlər; xalqa zərər; həyat yoldaşına zərər; övlada zərər; vərəsəyə zərər; zərərli təlimlər; müamilə zərərləri və borclar; əqidə məktəbi və vəhdətə zərər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.