Maraqlı

Quranın həcmcə ən böyük ayəsi

15 May 2021 21:55
Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 282-ci ayəsində buyurur:
 
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا تَدَايَنتُم بِدَيْنٍ إِلَى أَجَلٍ مُّسَمًّى فَاكْتُبُوهُ وَلْيَكْتُب بَّيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ وَلاَ يَأْبَ كَاتِبٌ أَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللّهُ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ وَلْيَتَّقِ اللّهَ رَبَّهُ وَلاَ يَبْخَسْ مِنْهُ شَيْئًا فَإن كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لاَ يَسْتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِ وَاسْتَشْهِدُواْ شَهِيدَيْنِ من رِّجَالِكُمْ فَإِن لَّمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ مِمَّن تَرْضَوْنَ مِنَ الشُّهَدَاء أَن تَضِلَّ إْحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الأُخْرَى وَلاَ يَأْبَ الشُّهَدَاء إِذَا مَا دُعُواْ وَلاَ تَسْأَمُوْاْ أَن تَكْتُبُوْهُ صَغِيرًا أَو كَبِيرًا إِلَى أَجَلِهِ ذَلِكُمْ أَقْسَطُ عِندَ اللّهِ وَأَقْومُ لِلشَّهَادَةِ وَأَدْنَى أَلاَّ تَرْتَابُواْ إِلاَّ أَن تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلاَّ تَكْتُبُوهَا وَأَشْهِدُوْاْ إِذَا تَبَايَعْتُمْ وَلاَ يُضَآرَّ كَاتِبٌ وَلاَ شَهِيدٌ وَإِن تَفْعَلُواْ فَإِنَّهُ فُسُوقٌ بِكُمْ وَاتَّقُواْ اللّهَ وَيُعَلِّمُكُمُ اللّهُ وَاللّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
 
"Ey iman gətirənlər! Bir-birinizə müddətli borc verdiyiniz vaxt onu yazın. Aranızdakı katib bunu ədalətlə yazmalıdır. Yazmağı bacaran şəxs yazmaqdan imtina etməməlidir. Necə ki, Allah ona təlim etmişdir. O yazmalıdır, öhdəsində haqq olan (borclu) kəs imla etməlidir. Rəbbi olan Allahdan çəkinsin və bir şeyi əskiltməsin. Boynunda haqq olan səfeh və ya zəifdirsə və ya imla etmək qabiliyyəti yoxdursa, onun böyüyü ədalətə riayət etməklə imla etsin. Kişilərdən iki nəfərini şahid tutsun. Əgər iki kişi olmasa, razı və arxayın olduğunuz bir kişi və bir qadın şahidliyə bəsdir. Onlardan (qadınlardan) biri unutsa, digəri ona xatırlatsın. Şahidlər dəvət olunduqları zaman imtina etməməlidirlər. Kiçik və ya böyük müddətə veriləni yazmaqda süstlük etməyin. Bu iş Allahın yanında ədalətə daha yaxındır, şahidliyin ədası üçün daha möhkəmdir, şəkk-şübhənin qarşısını almaqda daha üstündür. Yalnız aranızda əldən-ələ etdiyiniz nağd alış-veriş üçün eybi yoxdur. Alış-veriş zamanı şahid tutun. Katib və şahidə ziyan dəyməməlidir. Əgər belə etsəniz, Allahın hökmündən xaric olmusunuz. Allahdan çəkinin, Allah sizə öyrədir və Allah hər şeyi biləndir."
 
Bu ayə Quranın həcmcə ən böyük ayəsidir. Ayənin mövzusunu hüquqi məsələlər və ticari sənədlərin tənzim qaydaları təşkil edir. Ayə İslamın diqqət və əhatəliliyini göstərir. Bu ayədə cahiliyyət dövründə, geri qalmış xalq arasında ən incə hüquqi məsələlər bəyan olunur.
 
"Tədayəntum" sözü "dəyn" sözündən olub "borc" mənasını daşıyır. Bu söz qeyri-nağd bütün müamilələrə, borc və "sələf" alış-verişə şamil olunur.
 
Hədisdə bildirilir: Əgər bir şəxs müamilə zamanı sənəd tərtib edib şahid tutmasa və malını tələf olmaq təhlükəsində qoysa, nə qədər dua etsə, Allah onun duasını qəbul etməz və buyurar: "Nə üçün Mənim göstərişlərimə əməl etmədin?!" ("Kənzul-dəqaiq", c.2, səh.465.
 
Əgər fərdi haqların qorunması zəruridirsə, beytül-malın (dini büdcənin) hifzi daha zəruridir.
 
Hətta nağd alver zamanı da sənəd tənzim etmək faydalıdır. Amma nağd alverdə sənəd tərtibi nisyə alverdə olduğu kimi zəruri deyil. Çünki nisyə alverdə tərəflərdən biri və ya şahid dünyasını dəyişə bilər, ya da müamilə razılığını unudar. Bu səbəbdən də nisyə müamilə sənədləşməlidir.
 
Yazmaq əmrindən məlum olur ki, adil şahidin iştirakı ilə tənzimlənmiş sənəd şahid gətirilə bilər.
 
Ayədən məlum olur ki, İslam cəmiyyəti bir-birinin haqlarının müdafiəsində himayə göstərməlidir. Çünki hər bir müamilədə katibə və bir neçə şahidə ehtiyac var.
 
Bütün Ərəbistan yarımadasında cəmi on yeddi savadlı şəxsin olduğu bir dövrdə yazmaq məsələsinə bu qədər diqqət İslamın elm və hüquqların qorunmasına verdiyi əhəmiyyəti göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.