Maraqlı

Ən uğurlu SEO metodları – 10 VARİANT

13 May 2021 19:50
Baxış: 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1. Saytınızdakı şəkilləri optimizasiya edib və həcmini maksimum dərəcədə balacalaşdırmağa çalışın. Bunun üçün ya "photoshop" ya da onlayn alətlərdən istifadə edə bilərsiniz. Məsələn : tinypng.com

2. Fərqli hostinq provayderləri test edin və ən sürətlisini seçdiyinizdən əmin olun. Rəqiblərinizin hansı hostinqdə saytlarını yerləşdirdiyinə baxın və əmin olunki saytınızın açılması sürəti rəqiblərin saytından daha sürətlidir.

3. Yazınızın başlığı çox önəmlidir. Ona görə də, yazarkən yazı başlığına bir az vaxt ayırmağınızı tövsiyyə edirəm. Başlıq seçmədən öncə google trends-dən də istifadə edə bilərsiniz. Başlıqda istifadə edəcəyiniz açar sözlərin ən çox axtarılan sözlərdən olması sizin xeyrinizə olacaq.

4. Milli.Az ted.az-a istinadən bildirir ki, meta description bölməsi üçün maksimum 117 hərfli yazı yazın ki, mobil telefonla google-da saytınızı tapanlar yazını tam oxuya bilsinlər. Descriptionda yazacağınız yazını maksimum dərəcədə maraqlı yazın ki, istifadəçi klik etmək istəsin.

5. Saytınızdakı yazıları açar sözlərinə görə optimizasiya edin. Əsasən də uzun açar sözlərinə görə. Məsələn, "axtarış sisteminin optimizasiyasının sirrləri". İstifadəçi axtarış sistemində nə yazıb saytınızı tapa bilərsə çalışın o sözləri yazınızda qeyd edin.

6. Hər zaman çox maraqlı, dəyərli məlumatlarla dolu yazılar paylaşın. Yazılarınızda şəkillərdən istifadə etməyi unutmayın. Yazı yazarkən çalışın ən az 1500 söz yazasınız.Yazınızdakı məlumatların köhnəlməsinə imkan verməyin. Tez-tez yazınızı açıb içindəki məlumatların aktual olmasından əmin olun. Əgər aktual deyilsə yazınıza dəyişiklik edin.

7. Tez-tez yazılarınızı işlək olmayan linklərə görə yoxlayın. Bunun üçün Screaming Frog Seo Spider-dən istifadə edə bilərsiniz. Nə istifadəçi, nə də axtarış sistemləri qırıq linkləri bəyənmir. Əgər istifadəçi "404 error" olan bir səhifə ilə rastlaşırsa böyük ehtimalla saytı tərk edib birdə daxil olmayacaq.

8. Sayt daxili linklər (internal link) çox önəmlidir. Saytınızda yazdığınız hər bir blog yazısı, başqa bir bloq yazılarının reklamı olmalıdır.

9. Xarici linklər ( outbound link) istifadə edin ! Başqasının bloquna trafik göndərməkdən  çəkinməyin. İnsanlara axtardığı suallara cavab tapmaqda kömək olun. SEO tərəfdən outbound link verən saytlar çox dəyərlidir. Bunu unutmayın.

10. Backlinklər (başqa saytlarda sizin saytınızın linki) hələ də çox önəmlidir. Saytınız nə qədər məşhur olsa da yenə də digər bloglarla əlaqələr qurun, müsahibələr verin,forumlarda və s aktiv edin. Saytınızın linki nə qədər başqa saytlarda, əsasən çox məhşur saytlarda olacaqsa bir o qədər saytınızın Google-ın gözündə dəyərli bir sayt kimi görünəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.