Maraqlı

"Kütləvi immunitetin yaranması üçün uşaqlar da vaksinasiya olunmalıdır" - Həkim

9 May 2021 19:15
Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kütləvi immunitetin yaranması üçün uşaqların vaksin olunması çox önəmlidir.

Milli.Az xəbər verir ki, Kanada 12 və 15 yaş arası uşaqlar üçün "BioNTech-Pfizer" vaksininə icazə verib. Belə ki, bəzi əyalətlərdə uşaqlar vaksinasiya olunacaq. Amma qərarın tələsik icra edilməsinə dair narahatlıqlar var.

Mütəxəssislər dünyada yetişkinlərə vurulan vaksinin uşaqlar üçün də tətbiq edilməli olduğunu deyirlər.

Mövzu ilə bağlı danışan professor Hasan Tezer vaksinlər yetərli hala gətirilib, yerli istehsal edildikdən sonra məktəblərin açılacağını, kütləvi immunitetin yaranacağını deyib: "Uşaqlar koronavirusu yüngül keçirsə də başqalarını yoluxdura bilərlər. Ona görə də uşaqların vaksinasiya olunması çox önəmlidir".

Qeyd edək ki, bəzi vaksin firmaları 6 aydan 11 yaşa qədər uşaqlar üçün vaksin çalışmalarını davam etdirir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.