Maraqlı

Italdesign və Williams kənar istehsalçılara elektrokar hazırlamaqda kömək edəcəklər - FOTO

16 May 2021 21:30
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Volkswagen konserninə məxsus olan İtaldesign atelyesi ilə ingilis Williams Advanced Engineering mühəndislik şirkəti yeni müştərək müəssisə yaratdıqlarını elan ediblər. Yeni müəssisə kənar avtomobil istehsalçıları üçün güclü elektromobillər hazırlayacaqdır. Söhbət həm tanınmış markalardan, həm də yeni yaradılan brendlərdən gedir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, 10 ildən əvvəl eyniadlı "formula" komandasının əsasında yaradılan Williams Advanced Engineering şirkəti, Formula E çempionatının batareya, habelə ETCR və Extreme E yarış seriyalarının avtomobil tədarükçüsü kimi tanınır.

Mühəndislik firması müştərək müəssisədə EVX batareyası quraşdırılmış, alüminium və kompozit materiallardan hazırlanmış yüngül və möhkəm şassisi ilə iştirak edəcəkdir. Italdesign studiyası isə, öz növbəsində, üst quruluşlara - kuzov dizaynından tutmuş bütün lazımi sistemlərin quraşdırılmasına cavabdeh olacaqdır.

Tərəfdaşlar 104-120 kilovat-saatlıq batareyalar və 1 meqavat (1360 at qüvvəsi) gücündə elektrik mühərrikləri ilə təchiz ediləcək sedan, kupe, kabriolet və krossoverləri yaratmağa hazırdırlar. Eyni zamanda, yeni arxitekturanın çevikliyi 160 kilovat-saatlıq batareyanın da quraşdırılmasına imkan verəcəkdir.

Belə batareya elektromobilləri 1000 kilometrlik yürüş ehtiyatı ilə təmin edə bilər. Üstəlik, ötürmə arxaya və ya tam ola bilər, təkər bazasının uzunluğu isə 2,9 ilə 3,1 metr arasında dəyişəcəkdir.

Söhbət hər il 10 minə qədər avtomobil istehsal etməkdən gedir. Bununla birlikdə, Italdesign atelyesi öz müəssisələrində 500  belə elektrokarı yığmağa hazırdır: italyanlar artıq kiçik seriyalı idman avtomobillərinin istehsalında müəyyən təcrübəyə malikdirlər.

Xatırladaq ki, Williams Advanced Engineering firması Lotus Evija elektrik hiperkarının yaradılmasında iştirak edib, lakin keçən ilin payızında bu əməkdaşlığa son verilib. Buna baxmayaraq, bir neçə gün əvvəl Lotus şirkəti cari ilin sonunadək hiperkarın istehsalına başlayacağını təsdiqləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.