Maraqlı

Porsche Çin bazarındakı 20-ci ildönümünü xüsusi seriya ilə qeyd edir - FOTO

16 May 2021 21:01
Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Porsche şirkəti bu il Çin bazarındakı mövcudluğunun 20-ci ildönümünü qeyd edir. Alman markası 2001-ci ildən bəri Çin bazarında fəaliyyət göstərir və bu əlamətdar hadisənin şərəfinə 911 Turbo S kupesinin Porsche China 20th Anniversary Edition adlı xüsusi yubiley versiyasını hazırlayıb.

Avtomobil Porsche Exclusive Manufaktur bölməsinin mütəxəssisləri tərəfindən hazırlanıb və 20 rəqəmi olan çoxsaylı nişanlarla bəzədilib. Sportkar kuzov boyu uzanan ikiqat ağ zolağı və qapılardakı iri Porsche yazısı, habelə halqaya alınmış 20 rəqəmi olan fərdi rəngləmə sxemini əldə edib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, 911 Turbo S Porsche China 20th Anniversary Edition sportkarının alıcıları beş kuzov rəngindən birini seçə biləcəklər: Oslo Blue, Gulf Orange, Star Ruby Red, Mint Green və Viola Purple.

"Yubiley" sportkarları yalnız Çində satılacaqlar, lakin onların qiyməti və tirajı açıqlanmayıb. Xüsusi versiya 992 seriyasından olan standart 911 Turbo S modelindən yalnız tərtibatı ilə fərqlənir.

Texniki hissədə heç bir dəyişiklik yoxdur: sportkar 650 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 3,8-litrlik biturbo oppozit mühərriki ilə hərəkətə gəlir. Kupe yerindən 100 km/saat həddinə 2,7 saniyəyə sürətlənir və 330 km/saatlıq maksimal sürət həddinə malikdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.