Maraqlı

Borc üzündən həbsdə olanlar azad ediləcək - 3,5 milyon dollar ayrıldı

7 May 2021 16:27
Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud krallığın borc üzündən həbsdə olan 150-dən çox sakininə borcu ödəmək üçün 13 milyon Səudiyyə riyalı (təqribən 3,5 milyon dollar) ayırıb.

Milli.Az tass agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli xəbər agentlikləri məlumat yayıb.

Sözügedən vəsaitin dünya müsəlmanlarının müqəddəs Ramazan ayı münasibətilə ayrıldığı bildirilib.

Həmçinin 87 milyon riyal (23 milyon dollardan çox) vəliəhd tərəfindən xeyriyyə məqsədləri üçün bağışlanıb.

Qeyd edək ki, aprel ayında Birləşmiş Ərəb Əmirliklərində də genişmiqyaslı xeyriyyə tədbiri elan edilib. Ehtiyacı olanlar üçün 100 milyon pors yemək paylanacağı vəd edilib.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.