Maraqlı

Eksperimental memarlıq - "top evlər" - FOTO

7 May 2021 22:55
Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderlandın Den Boş şəhərində rəssam və heykəltəraş Dris Kreijkamp tərəfindən inşa edilən dairəvi top şəkilli evlər yadplanetlilərin yaşayış məntəqəsini xatırladır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər bina silindrik bir yuvada yerləşir. Altı dəyirmi pəncərə evin içərisinə çoxlu gün işığının düşməsinə imkan verir.

Layihə müəllifinin sözlərinə görə, 55 kvadratmetr sahənin hər biri maksimum dərəcədə istifadə olunur, buna görə evlərin sakinləri yer çatışmazlığı hiss etmirlər. Evin yuxarı hissəsində yataq otağı, mətbəx, qonaq otağı və hamam otağı var.

Spiral pilləkənlə birləşdirilmiş bütün yaşayış otaqları evin üç mərtəbəsini təşkil edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.