Maraqlı

Günahların bağışlandığı gün

8 May 2021 23:05
Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 198-ci ayəsində buyurur:

لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ فَإِذَا أَفَضْتُم مِّنْ عَرَفَاتٍ فَاذْكُرُواْ اللّهَ عِندَ الْمَشْعَرِ الْحَرَامِ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِن كُنتُم مِّن قَبْلِهِ لَمِنَ الضَّآلِّينَ

"(Həcc zamanı) Allahın fəzli (kəsb  ticarət) ardınca getməkdə sizin üçün günah yoxdur. Elə ki, Ərafatdan köç etdiniz, Məşərül-Həramda Allahı yad edin. Bundan qabaq azdığınız halda sizi hidayət etdiyindən Onu zikr edin."

Ərəfat Məkkənin iyirmi kilometrliyində yerləşən yerin adıdır. Zil-hiccə ayının 9-da günortadan günbatanadək həmin yerdə qalmaq Allah evinin ziyarətçiləri üçün vacibdir. Əgər gün batmamış oradan çıxsalar, bir dəvə cərimə verməlidirlər.

Milli.Az maide.az-a istinadən bildirir ki, "Ərəfat" sözü mərifət sözündəndir və "tanıma yeri" mənasını verir. Həmin yerdə Adəm və Həvva bir-birini tanımış və günahlarını etiraf etmişlər. İmam Sadiq (ə) və İmam Baqirin (ə) buyurduğuna görə, Cəbrail-Əmin bu yerdə Həzrət İbrahimə demişdir: "Vəzifələrini tanı və dərk et. ("Kafi", c.4, səh.207.)

Hədisdə oxuyuruq: Həzrət Mehdi (ə) hər il Ərəfatda olur. Ərəfat torpağı övliyaların ah və göz yaşlarına şahiddir. Rəvayətdə nəql olunur ki, Ərəfədə qürub vaxtı Allah ziyarətçilərin bütün günahlarını bağışlayar.

Sözügedən ayənin davamında (yəni "Bəqərə" surəsinin 198-ci ayəsində) buyurulur:

ثُمَّ أَفِيضُواْ مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُواْ اللّهَ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

"Sonra xalqın köçdüyü yerdən köçün. Allahdan bağışlanmaq istəyin ki, Allah bağışlayan  mehribandır."

Bu ayədə xalqın birlikdə hərəkətinə göstəriş verildikdən sonra Məkkə əhalisinə xatırladılır ki, Hərəm əhli və ya qüreyşli olmaları onları fərqli hərəkətə sövq etdirməməlidir. Onlara özlərini böyük tutmamaq və ümumi xalq kimi olmaq göstərişi verilir. Əslində həccin təsir və fəlsəfələrindən biri də puç imtiyazların kənara qoyulmasıdır. Orada insan geyimindən, ev-eşiyindən, ailəsindən keçib damla olur və dəryaya qatılır.

Bu ayədə iki dəfə, ötən ayədə bir dəfə "ifazə" sözü işlədilmişdir. Bu söz birlikdə hərəkət mənasını verir. Ayələrdəki təkrarlardan görünür ki, birlikdə hərəkət ibadətlərin icrasından dəyərlidir.

İstiğfar və zikr Ərəfat və Məşər səhrasının ən üstün əməlidir. Bu məkanlarda yalnız dayanmaq vacib olsa da, uyğun ayələrdə Allah-Taala bizi Öz zikrinə, keçmiş günahların yada salınmasına və ötən günahlara görə bağışlanmaq üçün duaya çağırır. Axı Allah övliyalarının göz yaşı axıtdığı bir yerdə necə biganə olasan?

Bildirişlər

1. Birtərəfliklə mübarizə Quran proqramlarındandır. Bir qrup insan elə düşünürdü ki, din birtərəfli, həcc də quru bir ibadətdir. İslam belə bir münasibəti rədd edir.

2. Halal qazanc ilahi fəzldir. Quran kəsb yerinə fəzl sözünü işlədir: Halal qazanc ilahi fəzldir və lütfdür.

3. Təlaş və tələb sizdən olsa da, ruzi Allahın fəzlidir.

4. Ruzi vermək Allahın rübubiyyət şənindəndir.

5. Ruzi verməkdə Allahın əli açıqdır. "Fəzl" sözü "nəkərə" (qeyri-müəyyən) formasında işlədilmişdir.

6. Bütün ibadətlər göstərişlər əsasında yerinə yetirilməlidir.

7. Bir tərəfdən ilahi yardımlara, digər tərəfdən keçmişdə baş vermiş günahlara diqqət insanın ilahi lütfə eşq və əlaqəsini artırır.

8. Öz keçmişinizi unutmayın. Sizi hidayət edən Odur.

9. İstənilən bir adla imtiyaz tələb etmək qadağandır.

10. Toplum halda hərəkət dəyərlidir.

11. Heç vaxt ümidsiz olmayaq. Keçmişimiz hər nədirsə, tövbə ilə ona çarə qılmaq mümkündür. Çünki Allah bağışlayan və mehribandır. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 1-ci cild, "Bəqərə" surəsi, 198-ci ayənin təfsiri.)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.