Dünyanın hər yerində toydan əvvəl tətbiq olunan adi ənənələr olduğu kimi, toy zamanı da qarşılaşa biləcəyimiz bəzi maraqlı, bir o qədər də fərqli ənənələr var.
Milli.Az sherg.az-a istinadən qeyri-adi 4 toy adətini diqqətə çatdırır.
1.İsveç
İsveçdə bir toyda iştirak edəcəksinizsə, geyiminizin rəngi çox vacibdir. Xüsusilə qırmızı rəng sizin üçün böyük bir təhlükə ola bilər. Çünki toyda qırmızı geyinən adamın bəylə köhnə bir sevgi münasibətinin olduğu düşünülür. "Qırmızı rəngini çox sevirəm və vaz keçə bilmirəm" deyirsinizsə, sizə yönəlmiş deşici baxışlarla kifayətlənməli ola bilərsiniz.
2.Pakistan
Gəlinin qohumusansa və bəyi bəyənmirsənsə, bu ənənə səni cəlb edə bilər. Çünki Pakistanda qız tərəfi toydan əvvəl kürəkəni söymək və təhqir etməkdə sərbəstdir. Bu ənənədə kürəkənin səbri və soyuqqanlılığı sınaqdan keçirilir. Söyüşün sərbəst olduğu söylənsə də, bunun bir ənənə olduğunu unutmayın. Nəticədə bütün bəylər eyni soyuqqanlılığı göstərə bilməzlər.
3.Şotlandiya
Şotlandiyada pis qoxulara həssas olan gəlinlər üçün fəlakətli ola biləcək ənənəyə əməl edilir. Toydan əvvəl gəlinlə gedən qohumlar onu evlilik zamanı yaşaya biləcəyi çətin və pis şərtlərə qarşı hazırlamaq üçün üstünə xarab olmuş və iylənmiş yeməklər tökürlər. Gəlinlər üzərində yemək qalıqları ola-ola küçələrdə gəzdirilir.
4.Çin
Toydan əvvəl bəylə gəlinin yatağına müxtəlif meyvə-tərəvəz tökülür. Daha sonra yataqda oturan uşaqlara bu qidaları yeməyə icazə verilir. Yatağa aparılan uşaqların sayı nə qədər çox olsa, gəlinin məhsuldarlığının bir o qədər artacağı düşünülür.
Milli.Az