Maraqlı

Reperin ayaqqabıları rekord qiymətə satıldı - FOTO

27 Aprel 2021 18:41
Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur amerikalı reper Kanye Uestin ayaqqabıları rekord qiymətə satılıb.

Milli.Az sfera.az-a sitinadən bildirir ki, repçinin 2008-ci ildə keçirilən Qremmi mükafatlarında geydiyi və başqa bir nümunəsi olmayan "Nike Air Yeezy" modeli 1,8 milyon dollara alınıb.

Ayaqqabılar "RARES" adlı şirkətə satılıb. 45 nömrə olan və nadir tapılan ayaqqabının qara dəridən hazırlandığı deyilib.

Qeyd edək ki, sonuncu dəfə rekord qiymətə satılan ayaqqabı 2020-ci ildə olub. May ayında məşhur basketbolçu Mikael Cordanın geyindiyi, 1985-ci ildə istehsal edilən ayaqqabı modeli 1,5 milyon dollara satılmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.