Maraqlı

Fransız modapərəstlərinin aprel stilləri - FOTO

23 Aprel 2021 21:15
Baxış: 1 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bahar gəldiyinə görə, artıq hər kəs yay haqqında xəyallar qurmağa başlayıb. Yumşaq trikotaj jaketlər və yay sarafanların birliyi əsl yazın geyimidir. İsti günlərdə istifadə etdiyimiz paltarların sayəsində yay havası daha erkən gələcək. Ən azından blogerlər buna cəhd edir.

Baharın romantik aurasından ilham alan fransız modapərəstləri yay geyimlərinə çoxdan keçib. Güllü sarafanları onlar rahat jaketlərlə birləşdirməyə üstünlük verir. Bakı küləyi yay geyimlərinə keçməyə imkan verməsə də, instaqram blogerlərinin dəbli görünüşü təkrarlamaq üçün havaların isinməsini gözləməyə dəyməz. Ən azından hələlik üstünüzə palto ata bilərsiniz.

Milli.Az xəbər verir ki, influserlərin əsas seçimi düyməli və xalat donlar üzərindədir. Onların əsas xüsusiyyəti güllü olmasıdır. Belə donlara istənilən markanın kolleksiyasında istənilən qiymətdə rast gələ bilərsiniz. Obrazın ahəngdar və incə alınması üçün fransız modapərəstləri jaketlərin daha çox pastel tonlarını seçirlər.

Belə bir dəsti səndəl və ya idman ayaqqabısı ilə tamamlamaq olar. Hər halda qış modellərinə diqqət çəkmək daha məqsədəuyğundur. Üsyankar bir ruh qatmaqdan qorxmayın, çəkmələrin həm incə, həm də kobud versiyaları eyni dərəcədə effektiv təsir buraxacaq. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.