Maraqlı

Səudiyyə Ərəbistanındakı restoranda robotlar ofisiant xidməti göstərir

23 Aprel 2021 20:20
Baxış: 1 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanında texnoloji tərəqqinin daha bir nümunəsi tətbiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Cəzan şəhərindəki restoranın müştərilərinə süni intellekt imkanları ilə təchiz edilmiş robot-ofisiantlar xidmət göstərir.

COVID-19 pandemiyası şəraitində sosial məsafəni də qoruyan proqram yüklənmiş robot-ofisiantlar restoranın müştərilərinə bununla bağlı, habelə qoruyucu maska taxmaq zərurəti barədə xəbərdarlıq da edirlər. Onlar sifarişləri qəbul edərək mətbəxə ötürür və yeməklərin hazır olacağı vaxtı çatdırır.

Sistemin yaradıcısı olan mühəndis Riham Ömər bildirib ki, bütün bu əməliyyatları yerinə yetirmək məqsədilə restoranın interyerində quraşdırılan sensorlar robotlara doğru istiqamətdə hərəkət etmək və yeməkləri müştəriyə çatdırmaq imkanı verir. Onun sözlərinə görə, ötürülən siqnallar sayəsində robot-ofisiantlar yaxınlıqdakı insanları hiss edir və uyğun hərəkət marşrutunu müəyyən edirlər. Eyni zamanda, robotların yaddaşına restoranın interyerinin xəritəsi və hər bir masanın yeri də köçürülüb. Müştəri sifarişi qəbul etdikdən sonra robot-ofisianta getməsi komandasını verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.