Pagani Huayra BC Supernova rodsterini təqdim edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pagani Huayra BC rodsteri 2019-cu ilin yayında debüt edib. Məlum olduğu kimi, rodster 800 at qüvvəsi və 1050 Nm fırlanma anı hasil edən 6,0-litrlik V12 mühərriki, yeddi pilləli sekvental Xtrac transmissiyası və arxa oxdakı elektronika ilə idarələnən differensialla təchiz edilir. Superkarın başlanğıc qiyməti 3,5 milyon dollar təşkil edir, tirajı isə 40 nüsxə ilə məhdudlaşır.
Milli.Az autograph.az-a istinadən bildirir ki, İtalyan istehsalçısı müştərilərinə geniş fərdiləşdirmə imkanları da təklif edir. Kvebekdən olan iş adamı və kolleksiyaçı Olivye Benlulu da belə təklifdən yaralanmaq qərarına gəlib. Benlulunun sifarişi ilə hazırlanmış rodster Huayra BC Supernova (ulduzların parlaqlığının kəskin artması belə adlanır) adlandırılıb.
Superkarın karbon kuzovu qeyri-adi Oro Rosa çalarına rənglənib. Bir sıra eksteryer elementləri və müxtəlif ölçülü təkər diskləri isə Bronzo Chiaro rənginə boyanıblar. Superkarın interyeri daha qeyri-adi görünüşə malikdir - italyanlar oturacaqların üzlənməsində tartan naxışı olan damalı parça və əsl dəridən istifadə ediblər. Bundan başqa, interyerdə müxtəlif rəngli karbondan, süni zamşa və alüminiumdan da istifadə olunub. Salonda qızıl rəngə də yer tapılıb - cihazlar panelinin siferblatları bu rəngdədir.
Yeri gəlmişkən, bu rodster Olivye Benlulunun qarajındakı ilk Pagani avtomobilidir. Kanadalı iş adamının kolleksiyasında Bugatti Chiron hiperkarı var. Eyni zamanda, Benlulu Mercedes-AMG One hiperkarının gıələcək xoşbəxt sahiblərindən biridir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
-
Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Bürcünə görə səni ən yaxşı əks etdirən şəhər məlum oldu
XƏBƏR LENTİ
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Ozan Akbaba həyat yoldaşı ilə - FOTO
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Nigar Camal tələbəlik illərinə qayıtdı – FOTO
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
-
Azərbaycan millisi Maltaya məğlub olub - YENİLƏNİB
-
Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?
-
Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Millimiz dünya çempionatının 1/4 finalında
-
Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
-
"Stresə düşdüm, ağladım"
-
“Sonuncu dəfə danışanda dedi ki...” - Azovda həlak olan Rəcəbin atası
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
Zelenski: Rusiya yenidən müharibəni seçdi
-
Türkiyə gəmisinə hücum - ölən və yaralananlar var
-
Bürcünə görə səni ən yaxşı əks etdirən şəhər məlum oldu
-
Putin: Rusiya İrana heç bir silah tədarük etməyib
-
Sadıq Sadıqov vəfat edib
-
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib





