Maraqlı

Yeni Porsche 911 GT3 300 km/saat sürətilə 5000 kilometr qət edib - FOTO

8 May 2021 21:01
Baxış: 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni nəsil Porsche 911 GT3 sportkarının satışının başlanması ərəfəsində, istehsalçı idman avtomobilinin sınaqlarından və xüsusilə də ciddi dözümlülük testlərindən danışıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Nurburqrinq yarış trekinin "Şimal İlgəyi" yeni Porsche GT3 modeli tam dövrədə (20,8 kilometr) 6: 59.927, 20,6 kilometrlik hissədə isə 6.55.2 vaxtını nümayiş etdirib ki, bu da əvvəlki modeldə olduğundan 17 saniyə azdır. Bununla birlikdə, Porsche yeni 911 GT3 sportkarının dayanıqlığına da diqqət yetirib - istehsalçı avtomobilin saatlarla ən yüksək sürətlə hərəkət edə biləcəyini xüsusilə vurğulayıb.

Bu, heç də mübaliğə deyil. Məsələn, İtaliyadakı Nardo poliqonunda keçirilmiş sınaqlar zamanı idman avtomobili 300 km/saat sürətilə beş min kilometr qət edərək, yalnız yanacaq doldurmaq üçün dayanıb.

Bu, mühərrikin maksimala yaxın dövrələrdə 17 saat davamlı işləməsinə bərabərdir. Testlər başa çatdıqdan sonra, Porsche şirkəti avtomobilin "qüsursuz" qiymətini aldığını bildirib.

Porsche mühəndisləri 911 GT3 modelinin yüksək dövrəli 4.0-litrlik atmosfer mühərrikinin saatlarla ağır yük altında işləməsi üçün, yarış avtomobillərindəkinə bənzəyən mürəkkəb yağlama sistemini yaratmalı olublar. 510 at qüvvəli mühərrik, tam açılmış drossel çəpərciyi də daxil olmaqla, sinaq stendində müxtəlif iş rejimlərində 22.000 saatdan çox çalışıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.