Maraqlı

Qadın hakimin çılpaq ayağına görə canlı yayım 100 dəfə dayandırıldı

15 Aprel 2021 15:19
Baxış: 1 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran dövlət telekanalı İngiltərə Premyer Liqasının 31-ci turunun "Tottenhem" - "Mançester "Yunayted" oyununun (1:3) canlı yayımını yüz dəfədən çox dayandırıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, buna matçın yan hakimi Sian Masseyin yayıma girməsi səbəb olub. Qadın hakim görüşdə şort və diz çorabında çalışıb. Massey ekranda göründüyü anda, dövlət kanalı "Tottenhem Hotspur" stadionunun panoramik bir görünüşünü göstərib.

İranın insan hüquqları təşkilatı "My Stealthy Freedom" bunun yerli televiziya izləyicilərinin qadının ayaqlarının çılpaq hissələrini görməməsi üçün edildiyini bildirib.

Qeyd edək ki, 1979-cu ildən 2019-cu ilədək iranlı qadınlara futbol matçları zamanı stadionlara daxil olmaq qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.