Maraqlı

Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək

15 Aprel 2021 21:10
Baxış: 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reallaşdırılıb. Onun vasitəsilə istifadəçilər digər məşğuliyyətlərindən ayrılmadan Youtube-dakı videonu idarə edə biləcəklər. Hətta əgər Youtube servisi digər qovluqda yerləşsə belə bunu etmək mümkün olacaq. Chrome Canary test versiyasının əsas yeni üstünlüyü ondan ibarətdir ki, o, online videonu idarə etmək funksiyasını özündə birləşdirir.

Funksiyanın kompkat interfeysi sürətli şəkildə Youtube-dakı videonu işə salmağa, dayandırmağa, onu qabağa və ya geriyə çevirməyə və ümumiyyətlə videonu dəyişdirməyə imkan verir. Video fon rejimində işə salındığı halda bunu hətta digər qovluqda da reallaşdırmaq mümkündür. Bu, əsasən brauzerdə web surfing zamanı fon rejimində musiqiyə və podkastlara qulaq asanlar üçün çox rahat bir funksiyadır. Hal hazırda sözügedən funksiya Youtube vasitəsilə çalışsa da məlumata əsasən gələcəkdə dəstəklənən platformaların sayı artacaq. Bu yeni funksiyanın Chrome-un stabil versiyasına yaxın zamanda əlavə olunacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.