Maraqlı

“Samsung” şirkəti “OLED” panelləri əsas rəqibindən alacaq

15 Aprel 2021 21:50
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın "Samsung" və "LG" şirkətləri arasında tarixi saziş imzalanıb. Belə ki, "Samsung" ilk dəfə olaraq "Samsung Display" ekran istehsalı bölməsi üçün "OLED" televizor panellərini əzəli rəqibi "LG Display" şirkətindən satın alacaq. Bu barədə Cənubi Koreya KİV-i məlumat yayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Samsung Electronics" və "LG Display" şirkətlərinin yüksək rəhbərliyi arasında danışıqlar strateji tərəfdaşlıq haqqında sazişin imzalanması ilə başa çatıb.

Sazişin imzalanmasına səbəb kimi maye-kristal panelləri üçün qiymətlərin bahalaşması və istehsalda texnoloji çətinliklər göstərilir.

Qeyri-rəsmi məlumatlara görə, "Samsung" şirkəti bu ilin ikinci rübündə 1 milyon, növbəti ildə 4 milyon panel almağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.