Maraqlı

“Microsoft” korporasiyası “Nuance” şirkətini 19,7 milyard dollara satın alıb

15 Aprel 2021 21:45
Baxış: 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" korporasiyası danışığı mətnə çevirmək üçün proqram alətləri hazırlayan ən böyük şirkəti satın aldığını rəsmən elan edib. "Microsoft" bu satınalmaya 19,7 milyard dollar ödəyəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Microsoft"un rəsmi bloqunda deyilir ki, sözügedən satınalma korporasiyaya səhiyyə üçün həllər istiqamətində öz mövqeyini möhkəmləndirməyə kömək etməlidir, "Nuance" şirkəti son illərdə məhz bu bazarda böyük uğurlara nail olub. Bundan başqa, "Nuance" və "Microsoft" şirkətləri son illər bir neçə ortaq layihə hazırlayıblar.

Ötən il "Microsoft" şirkəti səhiyyə sənayesi üçün "Microsoft Cloud for Healthcare" adlı "bulud" məhsulunu elan etmişdi. "Nuance" şirkətinin bu sahədə ən populyar həlləri - "Dragon Ambient eXperience", "Dragon Medical One" və "PowerScribe One"dır. Bundan başqa, şirkətin texnologiyaları "Apple"ın "Siri" səs assistentində tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.