Maraqlı

“WhatsApp” messencerinin istifadəçiləri yeni boşluq haqqında xəbərdar ediliblər

15 Aprel 2021 20:45
Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər "WhatsApp" messencerində istifadəçinin hesabını bloklamağa imkan verən yeni boşluq aşkar ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hakerlər proqramın iki "zəif yeri"ndən (məhz telefon nömrəsinə bağlanmadan və dəstək xidmətinə müraciət etməklə istifadəçini hesaba girişdən məhrum etmək imkanından) istifadə edirlər.

Messencerdə telefon nömrəsini daxil etdikdə xidmət adətən SMS mesaj və ya zəngin köməyi ilə göndərilən təsdiqetmə kodunu tələb edir. Bədniyyətlilər səhv kod daxil edir və "WhatsApp" kodun sıfırlanması imkanını 12 saatlıq bloka salanadək yenisini sorğu edirlər.

Bundan sonra fırıldaqçılar messsencerin dəstək xidmətinə qurbanın telefon nömrəsini göstərməklə telefonun itməsini səbəb gətirərək hesabı bloklamaq xahişindən ibarət sorğu göndərirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.