Maraqlı

Yeni “Apple” qurğuları nə vaxt təqdim ediləcək?

15 Aprel 2021 21:40
Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkətinin yeni qurğuları aprelin 20-də nümayiş olunacaq. Bu barədə "The Verge" nəşri məlumat yayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, tədbirin tarixini gözlənilmədən "Siri" səsli köməkçi funksiyası açıqlayıb. Belə ki, ABŞ ərazisində yaşayan "Apple" smartfon və planşet istifadəçilərinə təqdimatın aprelin 20-də Kupertino şəhərində keçiriləcəyini bildirən məlumat göndərilib. Funksiya "Apple" saytına keçid üçün link təqdim etsə də, səhifədə təqdimat barədə informasiya mövcud deyil.

"Apple" şirkətinin yaz tədbirində yeni "iPad mini" və "Pro" planşetlərinin təqdim ediləcəyi gözlənilir. "iPad Pro" qurğusu "mini-LED" displey və hələ nümayiş olunmayan "A14X" prosessoru ilə təchiz ediləcək. Planşetlərlə birlikdə şirkət tərəfindən yeni nəsil "AirPods" qulaqcığı və "AirTags" izləmə qurğusunun nümayişi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.