Maraqlı

Mədə-bağırsaq qanaxması

15 Aprel 2021 08:35
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədə-bağırsaq qanaxması həzm orqanlarının yanaşı gedən və xroniki pankriatitin özünün fəsadları ilə bağlıdır. Həzm orqanlarının bu xəstəlikləri - xora xəstəliyi, eroziv qastrit, mədə şişləri, Mellori -Veys sindromuna  aiddir. Mədə-bağırsaq qanaxması qida borusu və mədənin kardial hissəsinin dalaq venasının trombozu və sonradan portal hipertenziyanın inkişafı nəticəsində əmələ gələn varikoz genəlmiş venalara görə baş verir. Qanaxmanın səbəbi mədəaltı vəzinin abseslərinin bağırsağı deşməsi də ola bilər.
Mədə-bağırsaq qanaxmalarının əmələ gəlmə səbəblərindən biri
yuxarıda adı çəkilən onikibarmaq bağırsağın xora xəstəliyidir. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi xroniki, residivləşən xəstəlik olub mədə və bağırsağın divarında xoranın əmələ gəlməsi ilə təzahür edir.
Epidemiologiyası:

Xora xəstəliyi ən çox yayılmış xəstəliklərdən biridir. Duodenal xəstələrin çoxu kişilərdir, mədə xorası xəstəliyi isə say etibarı ilə kişi və qadınlar arasında eyni tezlikdə rast gəlinir
Təsnifatı:

Xəstəliyin ümumi qəbul olunmuş təsnifatı yoxdur. Amma bəzi təsnifatlar vardır ki, xoranın əmələ gəlməsində rol oynadığı qeyd olunur:
Helicobakter pylori ilə assosiasiya olunmuş
Helicobakter pylori ilə assosiasiya olunmamış
Xoranın tipinə görə:
- təksaylı
- çoxsaylı.
Xəstəliyin əmələ gəlmə səbəbləri arasında qida qəbulları arasında uzunmüddətli fasilələr, psixi faktor, mədə şirəsinin yüksək olması, irsi faktor və s. mühüm rol oynayır .
Kliniki şəkli:

Xəstəliyin gedişatı xora deffektinin lokalizasiyasından onun ölçüsündən, dərinliyindən asılıdır. Xəstəlik mədə nahiyyəsində kəskin ağrılarla müşayət olunur. Ağrılar adətən gecələr baş verir. Xəstələrin əksəriyyətində qusma olur.
Xəstələr vaxtında və düzgün müalicə olunmazlarsa, ağırlaşmalar inkişaf edir. Ağırlaşmalar aşağıdakılardır:
-Qanaxmalar
-Xoranın perforasiyası
-Mədənın onikibarmağa keçən hissəsində stenozun formalaşması
-Xoranın maliqnizasiyası.
Diaqnozunda əsasən rentgenoloji müayinə rol oynayır. Müalicəsində həm dərman, həm də diyetadan (pəhrizdən) istifadə olunur. Cərrahi müalicə mütləq göstərişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.