Maraqlı

Böyrəkdaşı xəstələri üçün pəhriz

15 Aprel 2021 07:41
Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu pəhriz stolu podaqra və böyrəkdaşı xəstələri üçün nəzədə tutulub. Pəhrizin məqsədi maddələr mübadiləsini yaxşılaşdırmaq və su-duz mübadiləsini normallaşdırmaqdan ibarətdir.
Böyrəkdaşı olan xəstələrə yağlı, duzlu qida qəbulu məsləhət görülmür. Belə xəstələrin xüsusi qida rasionu yoxdur. Gündə 4 dəfə qida qəbulu və bol su içmək məsləhət görülür. Xəstələrə soyuq qida qəbulu, soyuq içki içmək məsləhət görülmür.
Böyrəkdaşı xəstələrinə göbələk bulyonu, ispanaq süd məhsullarından çox istifadə etmək olmaz. Qida rasionundan aşağıdakılar çıxarılmalıdır:
- qara ciyər
- xaş
- quzu əti
- körpə toyuq əti
- hisə verilmiş qidalar
- qazlı sular
- südlü ıçkilər
- duza qoyulmuş tərəvəzlər
- balıq kürüsü.
Bitki yağı tökülmüş tərəvəz salatı, itburnu dəmləməsi, kisel, sup, mal əti, duzsuz pendir, düyü xörəkləri və bolluca su içmək podaqra və böyrəkdaşı xəstələrinin gündəlik rasionunu təşkil eləməklə yanaşı xəstəliyin azalma tempini sürətləndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.